METBUAT.AZ

İdman

Mane türk klubuna doğru -

15 Oktyabr 2024 08:25

“Əl-Nəssr”in futbolçusu Sadio Mane yenidən Avropada futbol oynamaq istəyir.

Metbuat.az xəbər verir ki, ötən transfer dövründə Türkiyənin bir sıra klubları futbolçunu heyətinə qatmaq istəyirdi. "Beşiktaş"ın seneqallı futbolçunu sıralarına qatmaq üçün səylərini davam etdirdiyi iddia edilib. İddia edilir ki, Mane razılıq verərsə, mövsümün fasiləsinə türk klubuna gələ bilər.

Qeyd edək ki, Sadio Manenin "Əl-Nəssr"lə müqaviləsi 2026-cı ildə başa çatır. Futbolçunun transfer 15 milyon avrodur. Manenin Səudiyyə Ərəbistanında qalmaq istəmədiyi deyilir.


metbuat.az.