METBUAT.AZ

İdman

Mario Balotellinin yeni klubu bəlli oldu

28 Oktyabr 2024 21:02

Türkiyə Süper Liqasında "Adana Demirspor"un da formasını geyinmiş məşhur futbolçu Mario Balotellinin yeni klubu müəyyənləşib.

Metbuat.az xəbər verir ki, italiyalı futbolçu "Genoa" ilə müqavilə bağlayıb.

Jurnalistlərin suallarını cavablandıran Balotelli meydana çıxmaq üçün səbrsizləndiyini bildirib:

“Həyəcanlıyam. Çox danışmağa həvəsim olmasa da, meydana çıxmaq üçün səbirsizlənirəm. İçimdə bir alov olub-olmadığını görəcəksiniz. Genoa azarkeşlərinə salamlar göndərirəm. Bu komanda üçün hər şeyimi verəcəyəm və ümid edirəm, ən qısa zamanda hazır olacam”, - deyib.

Qeyd edək ki, 34 yaşlı hücumçunun "Adana Demirspor" ilə müqaviləsi 2024-cü ilin iyulunda başa çatmışdı. Futbolçunun hazırkı dəyəri 650 min avro qiymətləndirilir.


metbuat.az.