METBUAT.AZ

Dünya

Mask və Putin barədə iddialar araşdırılmalıdır -

28 Oktyabr 2024 16:53

ABŞ-ın Aeronavtika və Kosmik Agentliyinin direktoru Bill Nelson amerikalı milyarder İlon Maskın Rusiya Prezidenti Vladimir Putinlə mütəmadi olaraq gizli əlaqə saxlaması ilə bağlı iddiaları araşdırmağa çağırıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Mask-Putin əlaqələrindən əmin olmasa da, iddialar araşdırılmalıdır. Nelsonun sözlərinə görə, İlon Mask və Rusiya Prezidenti arasında çoxsaylı görüşlərin olduğu ilə bağlı hesabat doğrudursa, bu, xüsusilə NASA, Müdafiə Departamenti və bəzi kəşfiyyat agentlikləri üçün maraqlı olar.

Qeyd edək ki, “Wall Street Journal” qəzetinin iddialarına görə, İlon Mask müntəzəm olaraq Rusiya Prezidenti Vladimir Putinlə gizli əlaqə saxlayaraq, geosiyasət, biznes və şəxsi məsələlər də daxil olmaqla bir çox mövzuda fikir mübadiləsi aparıb.


metbuat.az.