METBUAT.AZ

Ölkə

Mayor Sadiq Əliyev saxlanıldı

11 Oktyabr 2024 19:39

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev saxlanılıb.

Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, S.Əliyev külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

İş üzrə Respublika Hərbi Prokurorluğunda istintaq aparılır.

Qeyd edək ki, yaxın müddətdə bir neçə indiki və sabiq hərbi komissar həbs edilib.


metbuat.az.