METBUAT.AZ

İdman

Mbappenin "Real"dakı taleyi necə olacaq? -

13 Oktyabr 2024 17:10

"Real Madrid"in sabiq baş məşqçisi Bernd Şuster kluba transferdən sonra performansı müzakirələrə səbəb olan Kylian Mbappe barədə açıqlama verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, alman mütəxəssis Mbappenin kluba uyğunlaşma periodunda olduğunu deyib. O, fransalı ulduzun zamanla daha yaxşı olacağını bildirib:

"Fikrimcə, Kylian Mbappe oynadıqca daha yaxşı olacaq. Nə etməli olduğunu bilir, bu sadəcə vaxt məsələsidir", - Şuster deyib.

Qeyd edək ki, Kylian Mbappe "Real Madrid"də keçirdiyi 11 oyunda 7 qol vurub.


metbuat.az.