9 Oktyabr 2024 22:59
"Real Madrid"in hücumçusu Kilian Mbappe aldığı tənqidlərə görə psixoloji pozğunluq keçirə bilər.
Metbuat.az xəbər verir ki, Mbappenin millidəki komanda yoldaşı İbrahima Konate belə açıqlama verib. O bildirib ki, tənqidlər Mbappenin psixologiyasına təsir edə bilər. Konate Mbappenin “Lill” klubu ilə oyunda niyə fitə basıldığını anlamadığını ifadə edib. Qeyd edək ki, Mbappe “Real”da 11 oyunda 7 qol vurmasına baxmayaraq oyununa görə tənqid edilir. Fransanın baş məşqçisi Didye Deşam Mbappenin milliyə çağırılmamasının onun yüngül zədəsi ilə bağlı olduğunu açıqlayıb. Lakin bəzi dairələr onun zədəli olmadığını ifadə edib. “Real”ın zədələnməməsi üçün onu milliyə buraxmadığı irəli sürülür.