29 Oktyabr 2024 19:05
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Günü ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Metbuat.az xəbər verir ki, paylaşımda deyilir:
"Türkiyə xalqını milli bayramı - Cümhuriyyət Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Azərbaycan-Türkiyə birliyi və qardaşlığı əbədi və sarsılmaz olsun!"