METBUAT.AZ

İdman

Məşhur futbolçu karyerasını başa vurdu

12 Oktyabr 2024 18:25

İngiltərənin “Liverpul” və Almaniyanın “Şalke” klublarının sabiq müdafiəçisi Yoel Matip karyerasını başa vurub.

Metbuat.az xəbər verir ki, bu barədə "Liverpul" klubunun mətbuat xidməti məlumat yayıb.

Matipin 2023/24 mövsümünün sonunda "Liverpul"la müqaviləsi bitib və futbolçu başqa klubla müqavilə imzalamayıb.

Qeyd edək ki, 33 yaşlı müdafiəçi 2016-cı ildən "Liverpul"da çıxış edirdi və karyerası boyunca bu klubda əhəmiyyətli rol oynayıb.


metbuat.az.