15 Oktyabr 2024 21:18
“Hindenburq” araşdırma şirkətinin “Roblox” haqqında dərc etdiyi qalmaqallı hesabatdan sonra İngiltərədəki fəallar oyuna qarşı hərəkətə keçiblər.
Metbuat.az xəbər verir ki, hesabatda oyunun uşaqları istismar etdiyi irəli sürülüb. Həmçinin bildirilib ki, oyunda pedofiliya, şiddət və sui-istifadə hallarını təbliğ edən epizodlar var. Bəzi yerli dairələr pedofiliya və zorakılıq elementlərini ehtiva edən oyuna qarşı sərt addımlar atılmasını tələb edib. Məsələ barədə açıqlama verən “Roblox”, “Hindenburq”un tənqidini rədd edib. “Roblox” şikayət edilən məzmunun silindiyini və ya araşdırmaların davam etdiyini açıqlayıb.