METBUAT.AZ

İdman

Messi çempion oldu -

3 Oktyabr 2024 12:39

"İnter Mayami" klubu çempionatın yekunlaşmasına iki tur qalmış MLS-in qalibi olub.

Metbuat.az xəbər verir ki, "İnter Mayami" səfərdə "Kolumbus Kryu" klubunun qonağı olub. Oyun Messinin komandasının 3-2 hesablı qələbəsi ilə başa çatıb.

İki qolu Messi vurub. Suarez da bir qola imza atıb. Bununla da, 32-ci turda "İnter Mayami" 68 xal toplayıb. İkinci yerdə qərarlaşan "La Qalaksi" klubu isə 61 xal toplayıb.



metbuat.az.