METBUAT.AZ

İdman

Mesut Özil “Qarabağ” formasında -

11 Oktyabr 2024 20:55

Almaniya millisinin sabiq futbolçusu Mesut Özil “Qarabağ” klubunun qonağı olub.

Metbuat.az xəbər verir ki, "Qarabağ" formasını geyinən Mesut Özil “Azərsun Arena”da “köhlən atlar”ın açıq məşqini izləyib.

Hazırlıq prosesini ölkəmizdə səfərdə olan professor İrfan Gündüzün rəhbərlik etdiyi nümayəndə heyəti, Ağdam təmsilçisinin rəsmi şəxsləri və çox sayda azarkeş də izləyiblər. Ardınca ulduz futbolçu baş məşqçi Qurban Qurbanov və futbolçularla görüşüb.

Sonra Mesut Özil tribunadakı azarkeşlərə formalar atıb.


metbuat.az.