29 Oktyabr 2024 11:17
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Metbuat.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 11 məsələ daxil edilib.
Toplantının gündəliyində isə Azərbaycanın Rusiya və Özbəkistanla əməkdaşlıq və müttəfiqlik sazişlərinin təsdiqi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, həmçinin bələdiyyələrin birləşməsi ilə əlaqədar bir sıra qanunlara təklif edilən dəyişikliklər və digər məsələlər daxil olmaqla ümumilikdə 11 məsələ yer alıb.