METBUAT.AZ

İdman

Montella bu kluba gedə bilər

17 Oktyabr 2024 19:34

"Mançester Yunayted" Türkiyə millisinin baş məşqçisi Vinçenso Montellanı siyahıya əlavə edib.

Metbuat.az xəbər verir ki, "Mançester Yunayted"dəki uğursuz nəticələrdən sonra hollandiyalı baş məşqçi Erik Ten Haqın istefaya göndəriləcəyi gündəmə gəlib. İngiltərə mətbuatında yer alan xəbərə görə, "Mançester Yunayted" rəhbərliyi UEFA Avropa Liqasında "Fənərbaxça" ilə matçda uğursuz nəticə alacağı təqdirdə Erik Ten Haqı qovacaq. "Mançester Yunayted" onun alternativlərini artıq müəyyənləşdirib. Məlumata görə,“Mançester Yunayted”də baş məşqçiliyə namizədlər arasında Vinçenzo Montella da var. Təklif olacağı təqdirdə Türkiyə millisinin baş məşqçisinin necə qərar verəcəyi maraq doğurur.


metbuat.az.