31 Oktyabr 2024 15:24
“Fənərbaxça” Arda Güleri transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, baş məşqçi Joze Mourinyo Arda Gülerin transferinə özü müdaxilə edir. İspaniya mətbuatının yazdığına görə, “Fənərbaxça” baş məşqçi Karlo Ançelottinin Ardaya şans verməməsindən istifadə edərək, onu heyətə cəlb etmək istəyir. “Fənərbaxça” Ardanı icarə əsasında transfer etmək istəyir. Məlumata görə, Mourinyo şəxsən müdaxilə edərək “Real” rəhbərliyi ilə və Arda Gülerlə görüşəcək. Digər tərəfdən, “Fənərbaxça” ilə yanaşı, “Liverpul”, “Bayer Levekuzen”, “Borrusiya Dortmund” və “Sevilya” Arda ilə maraqlanır.
Qeyd edək ki, bu mövsüm “Real Madrid”də 11 matça çıxan Arda, qol vura və məhsuldar ötürmə verə bilməsə də, 292 dəqiqə meydanda qalıb.