METBUAT.AZ

İdman

Mourinyodan olay sözlər -

25 Oktyabr 2024 12:34

UEFA Avropa Liqasının 3-cü turunda "Fənərbaxça" öz meydanında "Mançester Yunayted"lə 1:1 bərabərə qalıb.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun matçdan sonrakı açıqlamaları gündəm olub. O, yaxşı çıxış etdiklərini və matçda 2 xal itirdiklərini bildirib. Mourinyo mətbuat konfransında, "Fənərbaxça son liqa matçında önə keçəndən sonra pis oynadı. 3-4 gündə nə dəyişdi?" sualına belə cavab verib:

"Bu düzgün deyil. 2-1-dən sonra mövqeləri əldən verdik. 5 dəqiqə 10 kişi ilə oynadıq. Bilmirəm niyə bu sualı verdin. Bəlkə Türkiyə mətbuatı bu gün yaxşı oynadığımız üçün sevinmir, amma mən sevinirəm. “Mançester Yunayted" Super Liqadakı komandalardan qat-qat üstündür. Bu gün Türkiyə liqasında rəqiblərimizdən çox daha yaxşı komanda ilə oynadıq. Belə oynasaq Liqada bütün oyunlarda qalib gələrik”.


metbuat.az.