21 Oktyabr 2024 09:02
"Fənərbaxça" topa sahiblik baxımından son illərin ən pis mövsümünü yaşayır.
Metbuat.az xəbər verir ki, "Fənərbaxça" "Samsunspor" qarşısında 1-0 öndə olduğu ana qədər topa sahib olma nisbətində 54 faizlə üstün olub. Lakin qolu vurduqdan sonra bu nisbət 36 faizə düşüb. 1-1 hesablı heç-heçədən sonra "Fənərbaxça" 2-1 önə keçənə qədər topa 65 faiz sahib olub. Bunun ardından yenidən topa sahib olma faizi aşağı düşərək "Fənərbaxça" 35 faiz nisbətlə rəqibin bərabərlik qolu ilə üzləşib. Son anlarda isə bu göstərici 52 faizə kimi yüksəlib.
Cari sezon boyunca da "Fənərbaxça" topla oynama göstəricilərinə görə əvvəlki illərdən çox geridədir. Bu mövsümdə ortalama 50.8 faizlik topa sahib olma ilə son 8 sezonun ən zəif statistikasına sahibdir.
Qeyd edək ki, əvvəlki illərdə bu göstəricilər aşağıdakı kimi idi:
%50.8 – 2024/25 sezonu
%53.5 – 2016/17 sezonu
%55.1 – 2018/19 sezonu
%55.2 – 2020/21 sezonu
%55.5 – 2021/22 sezonu