METBUAT.AZ

Dünya

NATO-dan Pxenyanın Rusiyaya ordu göndərməsi barədə açıqlama

28 Oktyabr 2024 22:18

Cənubi Koreya NATO-ya və Asiya-Sakit Okeandakı tərəfdaşlarına Şimali Koreyanın Ukrayna müharibəsində Rusiyaya dəstək üçün qoşun göndərməsi barədə məlumat verib.

Metbuat.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte açıqlama verib. O bəyan edib ki, bu, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin pozulması və Rusiyanın təcavüzünün genişləndirilməsidir. Rutte sosial media hesabındakı açıqlamasında qeyd edib ki, Cənubi Koreya rəsmiləri Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsi ilə bağlı NATO, Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiyanı məlumatlandırıb.

Qeyd edək ki, bundan əvvəl Cənubi Koreya Şimali Koreyanın Ukrayna müharibəsində Rusiyaya dəstək vermək üçün qoşun göndərdiyini açıqlamışdı. Hərbçilərin təlim keçmək üçün Rusiyayagetdiyi iddia edilmişdi.


metbuat.az.