14 Oktyabr 2024 13:56
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinə yeni rəis təyin edilib.
Metbuat.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fuad Məmmədov sözügedən xidmətə rəis təyin olunub.
Fuad Məmmədov indiyədək Şamaxı şəhərində həkim kimi çalışıb.