16 Oktyabr 2024 17:05
Türkiyəli məşqçi Sergen Yalçınla bağlı maraqlı iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, “Əl-Əhli” rəhbərliyinin Sergen Yalçınla danışıqlar apardığı deyilir. Türkiyə mediasının məlumatına görə, “Əl-Əhli” Sergen Yalçına iddialı təklif irəli sürüb. Türkiyəli məqçi də “Əl-Əhli” klubuna tələblər irəli sürüb. Bildirilir ki, Sergen Yalçının tələblərinin qəbul ediləcəyi təqdirdə o, 2 illik müqavilə imzalayacaq. Tərəflərin razılaşa biləcəyi deyilir. Sergen Yalçın bundan əvvəl iddialı təklif olacağı təqdirdə Səudiyyə Ərəbistanında işləyə biləcəyini açıqlamışdı.
Qeyd edək ki, Sergen Yalçının adı bir sıra klublarla hallanıb. Sergen Yalçının "Şalke" klubunun təklifini rədd etdiyi irəli sürülüb. Onun bir müddət əvvəl “Neftçi” klubu ilə danışıqlar apardığı, lakin maddi məsələlərdə razılığa gələ bilmədiyi barədə xəbərlər dərc edilmişdi.