METBUAT.AZ

İdman

“Neftçi” Tovuzda "Kəpəz"in qonağı olacaq

4 Oktyabr 2024 10:27

Bu gün Azərbaycan Premyer Liqasında I dövrənin sonuncu turu başlayır.

Metbuat.az xəbər verir ki, IX turun ilk oyununda "Kəpəz" öz meydanında "Neftçi" komandasını qəbul edəcək. Qarşılaşma Tovuzda baş tutacaq və saat 17:00-da start götürəcək. Matçı baş hakim Rəşad Əhmədov idarə edəcək.

Hazırda turnir cədvəlində "Neftçi" 5 xalla 8-ci pillədədir, Gəncəni təmsil edən "Kəpəz" isə hələ də xal toplaya bilməyib və sonuncu yerdədir.


metbuat.az.