METBUAT.AZ

Dünya

Nəsrullahın ölümü ilə bağlı diqqətçəkən açıqlama

3 Oktyabr 2024 23:21

Livanın xarici işlər və immiqrasiya naziri Abdullah Buhabib “Hizbullah”ın rəhbəri Həsən Nəsrullahın ölümü ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Nəsrullah İsrail tərəfindən öldürülməzdən əvvəl atəşkəsi qəbul etmişdi, ABŞ və İsrail bunu bilirdi. O, ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makron tərəfindən təklif edilən 21 günlük atəşkəs çağırışının qəbul edildiyini bildirib. Bu mövzuda “Hizbullah” ilə görüşdüklərini açıqlayan Buhabib deyib:

"Nəsrullah (atəşkəsi) qəbul etdi, bəli. Biz atəşkəsi tamamilə qəbul etdik, “Hizbullah”la görüşdük. Livan parlamentinin sədri Nebih Berri “Hizbullah”la müzakirə etdi. Baş verənlərlə bağlı amerikalıları və fransızları məlumatlandırdıq. Onlar bizə Netanyahunun iki liderin (Bayden və Makron) hazırladığı bəyanatı qəbul etdiyini söylədi."


metbuat.az.