METBUAT.AZ

İdman

Niyə oynatmadığını üzünə deyib -

21 Oktyabr 2024 12:43

İspaniya La Liqasının 10-cu turunda "Real Madrid"in səfərdə "Selta Viqo"nu 2:1 hesabı ilə məğlub edən oyunla bağlı müzakirələr davam edir.

Metbuat.az xəbər verir ki, Karlo Ançelotti Türkiyənin Monteneqro və İslandiya ilə matçlarında yaxşı çıxış edən Arda Gülerimeydana buraxmayıb. İtaliyalı çalışdırıcı Ardanı matç boyu ehtiyat oyunçular skamyasında saxlayıb və ulduz futbolçu meydana çıxa bilməyib. Ancelotti Rodriqo, Modriç, Mendi və Sebalyosu oyuna buraxıb. Məlumata görə, Ançelotti Ardanı yorğun olduğuna görə oyuna buraxmayıb.

“Defensa Central”da yer alan xəbərə görə, Karlo Ançelotti matçdan sonra Arda Gülerlə danışıb. Ançelotti Ardaya "Milli komandada çox oynadığın üçün bu gün Dani Ceballos oynatmağı seçdim" deyə bildirib.


metbuat.az.