METBUAT.AZ

Dünya

"Nobel" Sülh mükafatının laureatı məlum oldu

11 Oktyabr 2024 14:38

2024-cü il Nobel Sülh mükafatının laureatı Yaponiyanın Nihon Hidankyo təşkilatı olub.

Metbuat.az xəbər verir ki, Norveç Nobel Komitəsi bu qərarı təşkilatın nüvə silahından azad bir dünya uğrunda göstərdiyi səylərə görə qəbul edib.

Hibakuşa adı ilə tanınan bu hərəkat, Xirosima və Naqasakidə atom bombası hücumlarından sağ çıxanlar tərəfindən yaradılıb. Nüvə silahlarının bir daha istifadə edilməməsinin vacibliyini vurğulayan şahid ifadələri ilə tanınan təşkilat bu sahədəki fəaliyyətinə görə mükafata layiq görülüb.


metbuat.az.