METBUAT.AZ

Hadisə

Növbəti qayın-gəlin hadisəsi -

8 Oktyabr 2024 09:15

Sumqayıtda qadın qaynı tərəfindən bıçaqlanıb.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Elnurə Fəxrəddin qızı Yusifova yaşadığı evdə öz qaynı tərəfindən bıçaqlanıb.

DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, oktyabrın 7-si saat 21 radələrində Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü E.Yusifovanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun qaynı, əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Rauf Yusifov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.