METBUAT.AZ

Turizm

Noyabr üçün hotellerin orta qiyməti

17 Oktyabr 2024 14:16

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com vasitəsilə bir gecə qalmaq üçün orta qiymət 154,7 manat təşkil edib.

Metbuat.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 % çoxdur.

Təkcə noyabr ayında, booking.com-da ölkə hotellərində bir gecə qalmaq üçün orta qiymət 406,2 manat olub ki, bu da bir il əvvələ nisbətən 4 dəfə çoxdur.

Müqayisə üçün, İstanbul hotellərində yanvar-noyabr aylarında orta qiymət 164,3 manat təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % azdır.

Gürcüstanda isə yanvar-noyabr aylarında hotellərdə bir gecə qalmaq üçün orta qiymət 132,3 manat olub (-10,2 %).


metbuat.az.