7 Oktyabr 2024 23:10
Türkiyə millisinin sabiq hücumçusu Nihat Kahveci "Qalatasaray"ın "Alanyaspor"u 1:0 məğlub etdiyi matçdan sonra açıqlamalar verib.
Metbuat.az-ın məlumatına görə, "Kontraspor"da danışan Nihat Kahveci sarı-qırmızılıların qolunu vuran Yunus Akgünün performansına heyran qaldığını bildirib.
Okan Burukun Mauro İkardi ilə bağlı seçiminə toxunan Nihat Kahveci tənqidi fikirlər səsləndirib:
"Okan Buruk Halil Dervişoğlu və Vinisius ehtiyat oyunçular skamyasında olduğu halda Mauro İkardini nəfəs aldığı müddətdə oynatdı. İkardi bu aralar nəfəs ala bilmir. Riqa səfəri və bu günkü Alanya oyununda İkardiyə 170 dəqiqə necə dözdü mənə maraqlıdır. Mauro İkardinin toxunulmaz olduğu dövrlər var idi? Bəli, var idi. Amma hazırda Okan Buruk da İkardiyə ziyan verir. Artıq sosial mediada mırıldanmalar başlayıb, bunu görmək mümkündür", - deyə o bildirib.