31 Oktyabr 2024 13:22
COP29 portal və satış nöqtələrində, restoran və kafelərdə qida ödənişli olacaq.
Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bunu COP29 üzrə Catering, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, COP29 Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər pulsuz xidmətdən yaralanacaq.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək.