METBUAT.AZ

İdman

Osimhen Avropa nəhənginə keçə bilər

1 Oktyabr 2024 20:43

"Qalatasaray"ın icarə əsasında heyətinə qatdığı Viktor Osimhenlə bağlı yeni transfer iddiası ortaya atılıb.

Metbuat.az xəbər verir ki, “Çelsi” klubu futbolçunu transfer etmək üçün hərəkətə keçib. İddialara görə, “Çelsi” futbolçunun məxsus olduğu “Napoli” klubu ilə artıq danışıqlara başlayıb. Bildirilir ki, “Çelsi” 100 milyon transfer dəyəri olan Osimheni ötən transfer dövründə heyətinə qatmaq istəsə də, transfer reallaşmayıb. “Çelsi” növbəti dəfə hərəkətə keçərək, “Napoli”ni razı salmağa çalışır.

Bildirilir ki, “Çelsi” Osimheni mövsümün ortasında da heyətinə qata bilər.


metbuat.az.