METBUAT.AZ

İdman

Peres ulduz futbolçunu almaq üçün Ardanı "qurban" verə bilər

15 Oktyabr 2024 12:58

“Real Madrid” Florian Virtzi transfer etmək üçün ulduz futbolçudan birini satacaq.

Metbuat.az xəbər verir ki, “Real”ın satış siyahısında 3 futbolçunun olduğu, onlardan birini satacağı deyilir. “Sport” qəzetinin məlumatına görə, alman futbolçunun transfer dəyəri 130 milyon avrodan çoxdur və transferin reallaşması ümumilikdə azı 150 milyon avroya başa gələcək. Bildirilir ki, "Real Madrid" prezidenti Florentino Peres xərcə görə bu transferdən geri çəkilməycək və 3 ulduzdan birini sataraq bu transferi reallaşdıra bilər. “Sport”a görə, Vinisius Səudiyyə Ərəbistanı Liqasından çılğın təklif alıb və futbolçu bunu qəbul etməyib. Lakin Virtzə görə, “Real” bu transferin reallaşmasını istəyə bilər. İkinci alternativ Rodriqodur.

Mbappenin gəlişi ilə bu mövsüm az oyun vaxtı əldə edən Rodriqo komandadan gedə bilər. Üçüncü variant isə Arda Gülerdir. “Bayer Leverkuzen” də Ardanı istədiyinə görə, “Real” Virtzi almaq üçün Ardadan istifadə edə bilər. Qeyd edək ki, Florian Virtzi "Mançester Siti", "Bavariya" və "Barselona" da transfer etmək istəyir.


metbuat.az.