25 Oktyabr 2024 14:31
Mərakeş millisinin və Fransanın PSJ klubunun sabiq futbolçusu Abdelaziz Barrada 35 yaşında vəfat edib.
Metbuatşaz xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçinin ölüm səbəbi ürəktutması olub.
Qeyd edək ki, 2021-ci ildə peşəkar futbol karyerasını başa vuran Barrada PSJ ilə yanaşı “Marsel” (Fransa), “Xetafe” (İspaniya) və “Antalyaspor” (Türkiyə) komandalarında da çıxış edib. O, Mərakeş yığmasında 28 oyunda iştirak edərək 4 qol vurmaqla yadda qalıb.