METBUAT.AZ

İdman

"Qalatasaray" "Beşiktaş"ı məğlub etdi

28 Oktyabr 2024 23:08

Türkiyə Superliqasının 10-cu turunda "Qalatasaray" "Beşiktaş"ı qəbul edib.

Metbuat.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Hesabı 13-cü dəqiqədə "Qalatasaray"dan Davinson Sançes açıb. 67-ci dəqiqədə Viktor Osimhen fərqi iki topa yüksəldib. 90+4-cü dəqiqədə Ernest Mucinin vurduğu qol isə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, "Qalatasaray" on matçdan sonra 28 xalla liderdir. Doqquz oyuna 20 xal toplayan qonaqlar 4-cü pillədə qərarlaşıb.


metbuat.az.