17 Oktyabr 2024 16:20
İngiltərənin "The Guardian" qəzeti 2007-2008-ci il təvəllüdlü ən istedadlı futbolçuların siyahısını açıqlayıb.
Metbuat.az xəbər verir ki, siyahıda "Qalatasaray"ın 17 yaşlı yarımmüdafiəçisi Ege Araç da yer alıb.
Sarı-qırmızılı komandanın U19 heyətində çıxış edən Ege haqqında qəzetdə geniş məlumat verilib:
"Ege "Qalatasaray"ın akademiyasında yetişib, hazırda Türkiyə U18 yığmasının kapitanıdır. Sağ ayağı çox bacarıqlıdır, müdafiədə aqressiv oynayır, lakin topu özündə saxlayanda daha təcrübəli futbolçu kimi çıxış edir. 17 yaşlı futbolçunun kumiri Rodridir, lakin oyun tərzi daha çox Lukas Torreyaya bənzəyir. Texniki bacarıqları təəccübləndiricidir, yaxşı ötürmə qabiliyyətinə malikdir və meydanda zəhmətkeş oyun nümayiş etdirir. Ege eyni zamanda irəliyə baxır; fiziki inkişafı üçün fərdi məşqçi ilə çalışır və oyununun müəyyən sahələrini təkmilləşdirmək niyyətindədir. İngilis dilini də öyrənir. Bu mövsümdə onu "Qalatasaray"ın əsas heyətində görmək heç də təəccüblü olmaz", - deyə nəşrdə dərc olunub.