22 Oktyabr 2024 22:09
"UEFA Avropa Liqasının Liqa mərhələsinin üçüncü turunda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü təxirə salınmayacaq".
Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev bildirib.
"Hazırda stadionda heç bir problem yoxdur. Oyunun təxirə salınması üçün heç bir səbəb qalmayıb. Yağıntılar stadionun ot örtüyünə heç bir zərər verməyib. Görüşün keçirilməsinə əngəl yoxdur".
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" görüşü oktyabrın 24-də saat 20:45-də keçiriləcək.