1 Oktyabr 2024 12:31
"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda İsveçin “Malmö” klubuna qarşı keçirəcəyi matçının təyinatları açıqlanıb.
Metbuat.az xəbər verir ki, oktyabrın 3-də Bakıda baş tutacaq görüşə Yunanıstandan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı Anastasios Papapetrou idarə edəcək. Tryfon Petropoulos və Iordanis Aptosoglou oyunun baş hakiminin köməkçiləri olacaqlar. Alexandros Tsakalidis dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi Angelos Evangelou, onun köməkçisi isə Athanasios Tzilos olacaq. Hakim-inspektor Laurent Duhamel (Fransa), UEFA nümayəndəsi Aleksandr Keplin (Qazaxıstan) olacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.