24 Oktyabr 2024 10:14
"Qarabağ" bu axşam UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda Niderlandın məşhur "Ayaks" klubunu qəbul edəcək.
Metbuat.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Matçı şotlandiyalı FIFA referisi Nikolas Uolş idarə edəcək.
UEFA Avropa Liqası – Liqa mərhələsi, III tur
24 oktyabr, 20:45
"Qarabağ" - "Ayaks" (Niderland)
Baş hakim: Nikolas Uolş (Şotlandiya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
Xatırladaq ki, "Qarabağ" I turda İngiltərədə "Tottenhem"ə 0:3 hesabı ilə, II turda isə evdə İsveçin "Malmö"sünə 1:2 hesabı ilə məğlub olub. "Ayaks" isə ilk matçında "Beşiktaş"ı 4:0 hesabı ilə məğlub edib, ikinci turda isə Çexiyanın "Slaviya" klubu ilə 1:1 hesablı heç-heçə edib.