METBUAT.AZ

İdman

“Qarabağ” bu gün “Malmö” ilə qarşılaşacaq

3 Oktyabr 2024 09:33

Bu gün "Qarabağ" futbol klubu UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda İsveç təmsilçisi "Malmö" ilə qarşılaşacaq.

Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq. Oyunu Yunanıstandan olan hakim Anastasios Papapetru və onun hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının I turunda səfərdə "Tottenhem"ə 0:3 hesabı ilə məğlub olmuşdu. "Köhlən atlar" növbəti matçını isə oktyabrın 24-də Bakıda Niderlandın "Ayaks" komandası ilə keçirəcək.


metbuat.az.