7 Oktyabr 2024 13:20
"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.
Metbuat.az xəbər verir ki, buna 27 yaşlı müdafiəçinin zədəsi səbəb olub.
Qeyd edək ki, yığma UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 11-də Tallində Estoniya, 14-də isə Bakıda Slovakiya kollektivləri ilə qarşılaşacaq.