27 Oktyabr 2024 15:36
Qarabağa səyahət imkanları yaradılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə səyahət edən vətəndaşlar üçün rahat və keyfiyyətli nəqliyyat xidmətləri təqdim olunur:
"Marşrut: Bakı-Xocalı-Xankəndi-Şuşa.
Xankəndində təhsil alan tələbələr üçün də bu marşrut əla imkandır!
Biletləri asanlıqla onlayn şəkildə əldə edərək bu fürsətdən yararlana bilərsiniz".