METBUAT.AZ

Hadisə

Qəbələdə ağır qəza -

27 Oktyabr 2024 11:10

Oktyabrın 27-də saat 08 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində hərəkətdə olan “VAZ-2115” markalı avtomobil yolun kənarında dayanan “Ford” markalı avtomobilə çırpılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a bildirilib ki, nəticədə “VAZ”ın sürücüsü, 1988-ci il təvəllüdlü Kamil Ağaquluyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini, 35 yaşlı Rusif Kərimov xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


metbuat.az.