1 Oktyabr 2024 09:46
Rusiyanın Kamçatka diyarında 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 116 km məsafədə yerləşib, yeraltı təkanların dərinliyi isə 26 km təşkil edib.
Bildirilib ki, zəlzələ ərazidə 1-2 bal gücündə hiss olunub, ciddi ziyan və ya dağıntı barədə məlumat yoxdur.