26 Oktyabr 2024 19:42
BMT-nin Baş katibi Antonio Quterreş İsrail və İranı regional müharibənin qarşısını almaq üçün hər cür səy göstərməyə çağırıb.
Metbuat.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
"Baş katib bütün tərəfləri Qəzza və Livan da daxil olmaqla, bütün hərbi əməliyyatları dayandırmağa və genişmiqyaslı regional müharibənin qarşısını almaq və diplomatiya yoluna qayıtmaq üçün bütün səyləri göstərməyə çağırışını qətiyyətlə təkrarlayır", - Düjarrik qeyd edib.