METBUAT.AZ

Dünya

Quterreş Livana dəstək ifadə etdi

1 Oktyabr 2024 18:42

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Livanda artan gərginliklə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o tərəfləri təmkinli olmağa çağırıb. Metbuat.az xəbər verir ki, BMT sözçüsü İsrailin Livana hücumları nəticəsində artan gərginliklə bağlı yazılı açıqlama verib. Açıqlamada Quterreşin Livanın baş naziri Necip Mikati ilə telefonla danışdığı deyilir. Məlumata görə, Quterreş Necip Mikatiyə BMT-nin Livana dəstək olduğunu qeyd edib.

Quterreş dərhal atəşkəsin yaradılmasının və Livanda hərtərəfli müharibənin nəyin bahasına olursa olsun qarşısının alınmasının vacibliyini vurğulayıb. O Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğunu ifadə edib.


metbuat.az.