METBUAT.AZ

İdman

"Real"a qayıtmaq istədiyini açıqladı -

9 Oktyabr 2024 10:47

“Real Madrid” Dani Carvajalın zədələnməsindən sonra müdafiə xəttinə yeni futbolçu transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, “Real Madrid”in keçmiş futbolçusu Serxio Ramosun kluba qayıtması məsələsi gündəmə gəlib. “Defensa Central”ın xəbərinə görə, "Sevilya"dan ayrıldıqdan hələ heç bir klubla anlaşmayan ispan müdafiəçi yaxın ətrafına "Real Madrid"ə qayıtmaq mənim üçün əla olar" deyib. Qeyd edilib ki, ispan müdafiəçi keçmişdə aldığı zədələrə görə “Real”da vida etmək fürsəti əldə edə bilməyib. Lakin indi Ramos bu fürsəti əldə etmək üçün "Real Madrid"ə qayıtmağa hazırdır.

Bununla belə, təcrübəli müdafiəçinin hazırda "Real Madrid"in gündəmində olmadığı bildirilir.


metbuat.az.