21 Oktyabr 2024 14:12
Lionel Messinin yer aldığı “İnter Mayami” 2025-ci ildə FIFA Klublararası Dünya Çempionatında yer alacaq.
Metbuat.az xəbər verir ki, 32 komandanın iştirak edəcəyi turnir ABŞ-ın ev sahibliyi ilə keçiriləcək. ABŞ-ın müxtəlif şəhərlərindəki səkkiz stadionda oynanılacaq qarşılaşmalar arasında "İnter Mayami"nin doğma meydanı “Hard Rock Stadium” da var. MLS komandası “İnter Mayami” 2025 FIFA Klublararası Dünya Çempionatında iştirak edəcək sonuncu komanda olaraq açıqlanıb. Bu mötəbər turnirdə Avropadan 12, Cənubi Amerikadan 6, Asiya, Afrika və Şimali Amerikadan isə 12 komanda mübarizə aparacaq. Turnirdə "Çelsi", "Mançester Siti", "Real Madrid", "Bavariya", "Paris Sen-Jermen", "İnter", "Porto" və "Benfika" kimi Avropanın nəhəng klubları da mübarizə aparacaq. Ev sahibi ABŞ-dan başqa, Okeaniya klubu da iştirakçılar arasında olacaq. “İnter Mayami” ən yaxşı müntəzəm mövsüm performansına görə verilən “MLS Supporters Shield” mükafatını qazanaraq bu turnirdə iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, FİFA-nın Klublararası Dünya Çempionatını 32 komandaya çatdırması qərarı matç təqvimlərinin sıx olması səbəbindən bəzi dairələr tərəfindən tənqid edilib.