10 Oktyabr 2024 10:42
"Fənərbaxça" mövsümün fasiləsində “Real Madrid”də az forma şansı əldə edən Arda Güleri icarəyə götürmək üçün hərəkətə keçəcək.
Metbuat.az xəbər verir ki, Joze Mourinyo Ardanın heyətə cəlb edilməsi üçün təlimat verib. AS-da yer alan xəbərə görə, “Fənərbaxça” keçmiş futbolçusu Ardanı yaxından izləyir və gənc ulduzun icarə əsasında komandaya qayıtması üçün hərəkətə keçəcək. Məlumata görə, “Fənərbaxça” “Real Madrid” rəhbərliyi ilə danışıqlara başlamaq istəyir. “Fənərbaxça”nın idman direktoru Mario Branko Arda ilə bağlı təklifi “Real Madrid” rəhbərliyinə çatdıracaq.
Qeyd edək ki, “Real Madrid”də Arda Gülerin icarəyə göndərilməsi məsələsi gündəmə gəlmişdi.