31 Oktyabr 2024 23:47
İspaniya La Liqasının 12-ci turunun “Valensiya” - “Real Madrid” matçı təxirə salınıb.
Metbuat.az xəbər verir ki, oyun sel səbəbilə təxirə düşüb. Məlumata görə, bundan əvvəl İspaniyada Kral Kubokunda keçirilməli olan "Parla Eskuela" - "Valensiya" və "Pontevedra" - "Levante" matçları təxirə salınmışdı. Məlumatda deyilir ki, La Liqasının 12-ci turunun “Levante” - “Malaqa” matçı da təxirə salına bilər.
Qeyd edək ki, İspaniyanın şərq və cənub bölgələrində əsrin fəlakəti baş verib. Sel və qasırğa nəticəsində ölənlərin sayı 150-ni ötüb. Çox sayda insan itkin düşüb. Ölüm hadisələrinin əksəriyyəti Valensiyada qeydə alınıb.