METBUAT.AZ

İdman

"Real" ​"Qalatasaray"ın ulduzunu istəyir

16 Oktyabr 2024 08:25

"Qalatasaray"ın müdafiəçisi Davinson Sançes ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, “Real Madrid”in kolumbiyalı futbolçunu transfer etmək istədiyi barədə xəbərlər dərc edilib. İddialara görə, “Real” Davinson Sançesi transfer etmək üçün hərəkətə keçib. Məlumata görə, “Real” türk klubuna böyük transfer haqqı təklif edib. Bildirilir ki, Davinson Sançes İspaniya komandasına getmək istəyir.

Qeyd edək ki, "Qalatasaray" Davinson Sançesi ötən mövsüm “Tottenhem”dən 9,5 milyon avroya transfer edib. “Real”, müdafiəçilər zədəli olduğu üçün, bu mövqeyə yeni oyunçular cəlb etmək istəyir.


metbuat.az.