METBUAT.AZ

İdman

“Real” rəhbərliyi Parisə getməkdən imtina etdi -

28 Oktyabr 2024 20:09

“Real Madrid” rəhbərliyi “Qızıl top” mükafatının verilmə mərasimində iştirakdan imtina edib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Real” rəhbərliyi hesab edir ki, ötən mövsüm üzrə “Qızıl top” mükafatının qalibi Vinisius olmayacaq. İddialara görə, “Real” rəhbərliyi Parisə uçuşu təxirə salıb. Məlumatda, ötən mövsüm üzrə “Qızıl top” mükafatının qalibinin hansı futbolçu olacağı qeyd edilməyib.

Qeyd edək ki, bundan əvvəl İspaniyanın "Marca" qəzeti ötən mövsüm üzrə “Qızıl top” mükafatının qalibinin Vinisius olacağını irəli sürmüşdü.


metbuat.az.