29 Oktyabr 2024 22:15
"Qızıl top" mükafatının Vinisius Juniora deyil, Rodriyə verilməsi böyük qalmaqal yaradıb.
Metbuat.az xəbər verir ki, “Relevo” qəzeti "Qızıl top" ətrafında baş verənləri tam təfərrüatı ilə yazıb:
""Real Madrid", "Qızıl top" mükafatına qatılmaq üçün səyahət təşkili və s. üçün təşkilatçılarla danışıqlar apararkən mərasimin təşkilatçılarından yuvarlaq cavablar alıblar. Buna səbəb “Qızıl top”un təşkilatçısı “France Football” bütün mükafat sahiblərini birtəhər mərasimə toplamaq istəyirdi. Onlar Vinisiusun "Qızıl top"u qazanmayacağını biləcəyi təqdirdə “Real Madrid”in tədbirdə iştirak etməyəcəyini güman edirdilər. Amma təşkilatçılar Karlo Ançelotti ilin məşqçisi olduğuna görə, “Real Madrid”in tədbirdə iştirak etməsini istəyirdilər. Buna görə də Vinisiusun məsələsini mükafatçının adı açıqlanana qədər gizli saxlamağa çalışıblar.
Təşkilatçılar bundan əvvəlki mərasimdə olanların əksinə olaraq, qalib elan olunmayana qədər mükafatçının adını gizli saxlamaq qərarına gəliblər. Lakin “El Klasiko”dan sonra, Florentino Peres bu qərara əhəmiyyət verməyib və mükafatçının adını bilmək üçün təzyiqlər edib. Lakin o bunu öyrənə bilməyib. Ona görə də o, Vinisiusun “Qızıl top”u qazana bilməyəcəyini güman edib və bu şübhələri yalnız yaxın ətrafı ilə bölüşüb. Bundan sonra Karlo Ançelotti və “Real” rəhbərliyi tədbirə qatılmamağa qərar verib. Vinisius özü qalib olmayacağını güman edirdi. Vinisius səfərinin təfərrüatlarını hazırlasa da, tədbirə getməkdən imtina edib”.