METBUAT.AZ

İdman

"Real" üzərindəki qələbədən sonra futbolçuların kefi "pozuldu"

28 Oktyabr 2024 12:58

“Real Madrid” üzərində inamlı qələbədən sonra “Barselona”nın paltardəyişmə otağında maraqlı hadisə baş verib.

Metbuat.az xəbər verir ki, hələ oyundan əvvəl baş məşqçi futbolçuların iki gün istirahət edəcəyini elan edibmiş. Məlumata görə, qələbədən sonra paltardəyişmə otağında oyunçular, iki günə əlavə olaraq daha bir gün istirahət istəyiblər. Futbolçular "üç gün istirahət" şüarları səsləndiriblər. Flik isə futbolçuların istəyini rədd edib. Oyundan sonra məşq zamanı futbolçular yenidən cəhd edərək, eyni şüarı səsləndiriblər. Flik növbəti dəfə rədd cavabı verərək, futbolçuların vaxtında gəlməsini tələb edib.

Qeyd edək ki, “Barselona” Real Madrid”i səfərdə 4-0 hesabı ilə məğlub edib.


metbuat.az.